"Moskva Rusiya prezidenti Vladimir Putinin “Bir kəmər, bir yol” beynəlxalq forumunda baş qonaq qismində çıxış etməyə dəvət edildiyinə görə Pekinə minnətdardır". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl Çin prezidenti Si Cinpin Putini münasib vaxtda Çinə səfərə dəvət etdiyini açıqlamışdı. Bu il Çin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində üçüncü beynəlxalq foruma ev sahibliyi edir. 

Rusiya bu formatda əvvəlki iki görüşdə iştirak edib.

Ağarza Elçinoğlu