İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumat ötürülməsini pozduğuna görə Meta-ya rekord məbləğdə 1,2 milyard avro cərimə kəsib. 

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Məlumata görə, şirkətdən avropalı "Facebook" istifadəçilərinin məlumatlarının ABŞ-yə ötürülməsini dayandırmaq tələb olunub ki, bu da Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydasına ziddir.

Meta da öz növbəsində qərardan şikayət etmək niyyətlərini açıqlayıb.

Ağarza Elçinoğlu