Rusiyanın Belqorod vilayətində bir neçə saatdır ki, Qrayvoron rayonunun atəşə tutulması davam edir.

"Unikal" xəbər verir  ki,  bu barədə Rusiya Silahlı Qüvvələri məlumat yayıb.  

“Səhər saat doqquzdan Qrayvoronski şəhər dairəsi Ukrayna Silahlı Qüvvələrinin atəşi altındadır. Xəsarət alan mülki vətəndaş olmayıb. Hava hücumundan müdafiə sistemimiz işləyir. Raketin bir hissəsi Antonovka kəndindəki fərdi yaşayış evinin bağına düşüb”, - məlumatda qeyd olunub. 

Bildirilir ki,  Kozinka kəndi də minaatanlardan atəşə tutulub. Mərmilərdən biri fərdi yaşayış evinə düşüb, ev yanıb. Digər mərmi daha bir yaşayış binasına və bir avtomobilə ziyan vurub. 

***14:24

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətini güclü şəkildə atəşə tutub.

"Unikal" xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. Bundan sonra vilayətdə həyəcan siqnalı verilib.

Həmçinin, görüntülərdə Ukrayna tanklarının Rusiya ərazisinə daxil olduğu əks olunub. 

Gülayə Mecid