Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus (COVID-19) üçün pandemiya statusunu ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə ÜST-nin Baş Direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydalarının koronavirus (COVID-19) pandemiyası ilə bağlı 15-ci iclası zamanı bildirib. 

Müşavirə sessiyası zamanı Komitə üzvləri COVID-19-dan ölüm hallarının azalması tendensiyasını, COVID-19 ilə əlaqədar xəstəxanaya yerləşdirilmələrin və reanimasiya şöbəsinə qəbulların azalması və əhalinin SARS-CoV-2-yə qarşı yüksək immunitet səviyyəsini vurğulayıblar. 

ÜST-nin Baş direktoru COVID-19-la bağlı Komitənin təklif etdiyi tövsiyələrlə razılaşıb. Onun sözlərinə görə, koronavirus artıq beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyətini təşkil etməyən müəyyən edilmiş və davam edən sağlamlıq problemidir.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri 20 milyon insan xəstəlikdən dünyasını dəyişib.

Ağarza Elçinoğlu