Dağlıq Qarabağdan imtina edən hər kəs Ermənistanda dövlətə xəyanətdə mühakimə olunacaq.

"Unikal" xəbər verir ki, bunu Milli Assambleyanın mayın 2-də keçirilən iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Aqvan Vardanyan deyib.

“Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qoruya bilməyənlərə, eləcə də onların nəslinə ölkəmizdə yer olmayacaq. Ermənistan ordusunu, eləcə də Dağlıq Qarabağ Müdafiə Ordusunu zəiflədənlər bağışlanmayacaq. Erməni kimliyinin dayaqlarından birinə - Erməni Apostol Kilsəsinə hücum edən hər kəs qovulacaq...”, - Vardanyan “siyahı”nı davam etdirərək deyib.

Onun sözlərinə görə, Ermənistanla müqayisədə güc heç bir şey deyil.

“Və xahiş edirəm, indicə təsvir etdiyim Ermənistan Respublikasının mövcud olacağına şübhə etməyin”, - deyə müxalifətçi yekunlaşdırıb.