Livan prezidenti Mişel Aun ötən aylarda verdiyi açıqlamada Beyrut rəhbərliyinin suriyalı qaçqınları ölkələrinə geri göndərməyə başladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, 1,5 milyon suriyalını ölkələrinə göndərməyə başlayan Livan hökuməti gözlənilməz reaksiya ilə üzləşib.

Belə ki, Livan hökumətinin təşəbbüsünə qarşı çıxan minlərlə suriyalı vətənlərinə qayıtmamaq üçün müqavimət göstərib. Ordu suriyalıların üsyanını çətinliklə yatırıb. 

Bildirilir ki, 6 milyon əhalisi olan Livanda artan iqtisadi böhran və cinayət nisbətlərindən sonra Mişel Aun qaçqınların ölkədən çıxarılmasını tələb edib. 

Gülayə Mecid