“Eurovision-2013”

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisinin adı məlum olub.

Unikal.org-un məlumatına görə, bu ilin mayında Malmödə ölkəmizi Fərid Məmmədov təmsil edəcək.

Münsiflərin çətinliklə qərar verdiyi seçimə tamaşaçılar da öz alqışları ilə dəstək olduqlarını bildiriblər.

Çox həyəcanlı olan Fərid Məmmədov sonda “Hold me” mahnısını yenidən ifa edib.