Turist qadın Elbrus dağında uşaq dünyaya gətirib.

"Unikal" xəbər verir ki, “Qara-Başı” stansiyasında 3800 metr hündürlükdə olan qadının hamiləlik sançıları başlayıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin yüksək dağlıq axtarış-xilasetmə qrupu bildirib ki, onlar gələnə qədər o, artıq oğlan uşağı dünyaya gətirib.

Yeni doğulan oğlan uşağı və ana özünü yaxşı hiss edir.

Onlar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  Ekspertlərin fikrincə, bu, onların təcrübəsində ilk belə haldır.