Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rusiyalı generalı məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, məhz bu səbəbdən Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər.

Qeyd olunub ki, belə vəziyyət, çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha da dərinləşdirəcək.