Pakistanın Pəncab əyalətinin Hafizabad şəhərində sərnişin avtobusu gölə düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, 30 nəfər yaralanıb. 

Gölə düşən avtobus qaldırıcı kranın köməyi ilə çıxarılıb.

Qəzanın həddindən artıq sürət səbəbindən baş verdiyi bildirilib. Xilasetmə işləri aparılır.