Hollandiyadakı “Ermənistan Dat” ofisinin sədri Masis Abramyanın ölkəyə girişinə qadağa qoyulub. 

"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində məlumat paylaşıb. 

Onun sözlərinə görə,  bu qadağanı Nikol Pşainyan əsassız yerə  təşkil edib. 

"Bu səhər Zvartnots tranzitində arxamca gələndə məni dəhşətli bir həyəcan bürüdü, bu təbii idi. İnsan hər gün vətənindən qovulmur. Üç gənc kişi işçidən heç bir anlayış əlaməti görmədim, Məni təyyarənin qapısına qədər apardılar, sonra isə yalnız pasportumu verdilər, sanki ən təhlükəli cinayətkarı deportasiya etdilər. Onlara dedim ki, Nikol məni ölkədən çıxarmaqla məni zərərsizləşdirə biləcəyini düşünür, lakin ona bildirin ki, mən tezliklə onu qəddar mühakimə üçün şəxsən müşayiət etmək üçün qayıdacağam", - deyə o, şərh  edib. 

Gülayə  Mecid