Rusiya tərəfindən müvəqqəti işğal olunan Mariupolda hərbçilər "Azovstal" metallurgiya zavodunda rok konserti təşkil ediblər. 

"Unikal"  xəbər verir ki, bu  barədə Mariupol Şəhər Şurası "Telegram"da məlumat yayıb.

"Rusiya işğalçıları öz kinsizliyində rekordlar vurmağa davam edirlər. İndi onlar Qəhrəmanlarımızın həlak olduğu metal zavodunda rok konserti təşkil edirlər", - yazıda deyilir.

Şəhər şurası vurğulayır ki, bu yolla işğalçılar növbəti dəfə  sakinləri real problemlərdən yayındırmağa çalışırlar.

Gülayə Mecid