İyul ayında Rusiyanın "Qazprom" şirkətinin orta gündəlik hasilatı 774 milyon kubmetr qaza düşüb ki, bu da iyun ayı ilə müqayisədə 14 faiz azdır. 

"Unikal" xəbər verir ki, bu barədə şirkətin rəsmi məlumatlarına əsaslanan araşdırmada qeyd olunub. 

Bu dəyər ən azı 2008-ci ildən, yəni son 14 ildə minimal olub. Buna ardıcıl dördüncü aydır qeydə alınan əsas bazarlara ixracın kəskin azalması səbəb olub. Ümumilikdə bu il "Qazprom" 262,4 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

Ağarza Elçinoğlu