Ukraynanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan "Nibulon"un qurucusu və sahibi Oleksiy Vadaturski və həyat yoldaşı bazar günü Nikolayev vilayətində Rusiyanın hücumu nəticəsində öldürülüb.

"Unikal"ın verdiyi xəbərə görə, Ukrayna mediası 74 yaşlı Vadaturski və həyat yoldaşı Raisa Mixaylovnanın yaşadığı evin gecə saatlarında raketlə vurulduğunu açıqlayıb.

Baş ofisi Nikolayvda yerləşən "Nibulon" şirkəti əsasən buğda, arpa və qarğıdalı istehsalı və ixracı üzrə fəaliyyət göstərir, eyni zamanda şirkətin öz donanması və gəmiqayırma zavodu var.