Gəmidə baş verən nasazlığa görə bağlanmış İstanbul boğazında hərəkət bərpa olunub.

"Unikal" Anadolu Agentliyinə istinadla xəbər verir ki, mühərrikində nasazlıq yaranan gəmi təhlükəsiz əraziyə dartıldıqdan sonra boğazda hərəkət hər 2 istiqamətdə adi rejimdə advam edir.

21:13

Misirdən Bolqarıstana gedərkən gəminin nasazlığı səbəbindən Bosfor boğazı iki tərəfli nəqliyyata bağlanıb.

"Unikal" xəbər verir ki, Sahil Təhlükəsizliyi Baş Müdirliyinin sosial media hesabında bildirilib.

"Misirdən Bolqarıstana səfər edərkən Yavuz Sultan Səlim Körpüsü yaxınlığında 134 metr uzunluğundakı Sparta gəmisində nasazlıq yaşanıb. Bələdçi kapitanımız və Kurtarma-12 və Nazim Tur yedək gəmilərimiz ora yönəldilib"- bəyanatda qeyd olunub. 

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.