Qroznı-Moskva reysini həyata keçirən “Utair” aviaşirkətinə məxsus “ Boeing 737 ” sərnişin təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verib.

"Unikal" xəbər verir ki, bununla bağlı məlumatlar Flightradar real vaxt uçuş izləmə xəritəsində əks olunub. 

Xidmətin məlumatına görə, təyyarə kəskin dönüş edib, sayt xəritəsindən yoxa çıxıb.

“Qroznı-Moskva reysi ilə uçan “Boeing” Xəzər dənizi üzərində həyəcan siqnalı verib və üç min metr hündürlüyə enib”, - TASS-ın aviasiya xidmətlərindəki mənbə bildirib.