Nigeriyada Prezidentliyin mühafizəçilərinə edilən hücumdan sonra həyata keçirilən əməliyyatlarda 30 terrorçu zərərsizləşdirilib.

"Unikal" xəbər verir  ki, Nigeriya Ordusunun Media Əməliyyatları Direktoru General Benard Onyeuko, ordunun paytaxt Abucanın Bvari rayonunda Prezidentliyin mühafizəçilərinə hücumundan sonra əməliyyatlar keçirdiyini açıqlayıb.

Əməliyyatlarda 30 terror təşkilatı üzvünün zərərsizləşdirildiyini bildirən Onyeuko, terrorçuların istifadə etdiyi sığınacaqların məhv edildiyini açıqlayıb.

Onyeuko, terrorçulara məxsus 6 motosiklet və mühüm sursatın da ələ keçirildiyi barədə məlumat paylaşıb.