ABŞ Ukraynaya yeni hərbi yardım elan edib. Silahlı Qüvvələr HIMARS uzaqmənzilli raket sistemlərini alacaq.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ Müdafiə Nazirliyi 270 milyon dollar dəyərində yeni hərbi yardım paketi açıqlayıb. 

Ukraynaya 4 ədəd HİMARS reaktiv yaylım atəşi sistemi, 30 mindən çox döyüş sursatı, 580 ən son dron, tank əleyhinə silahlar, ehtiyat hissələri və digər hərbi texnika göndəriləcək.

HIMARS nədir?

Bu, qısa, orta və uzun məsafələrdə işləyən, həm canlı düşmən texnikasını, həm də yüngül və orta zirehli texnikasını, artilleriyasını məhv edən artilleriya qurğusudur. Bu, müxtəlif növ yüklərlə, müxtəlif növ mərmilərlə - 2 ilə 300 kilometr arasında işləyən bir texnikadır.

Gülayə  Mecid