Honq-Konqda Mirror qrupunun çıxışı zamanı konserti yayımlandığı nəhəng ekran rəqqasların üzərinə düşüb.

"Unikal" xəbər verir ki, yayımlanan videoda ekranın hərəkəti və fırlanması zamanı onu tutan kabelin necə partladığı və strukturun birbaşa rəqqaslardan birinin üzərinə düşdüyü göstərilir.

Müxtəlif mənbələrə görə, qruplaşmanın 2 və ya 3 üzvü yaralanıb. Hadisədən 10 dəqiqə sonra hadisə yerinə gələn təcili yardım, yaralı rəqqaslar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.