Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilkin hesablandığı kimi effekt vermir.

"Unikal" xəbər verir ki, bu fikri Avstriya kansleri Karl Nehammer deyib.

"Məhdudiyyətlər onların gözlədiyi qədər sürətlə işləmir. Lakin bu, Rusiya ordusunun və Rusiyanın öz böyüklüyünə görə hələ də davam edəcək sabitliyə malik olmasından asılıdır ", - o, Vyanada mətbuat konfransında izah edib. 

Eyni zamanda, Avstriya lideri məhdudiyyətlərin nə vaxtsa Rusiya iqtisadiyyatına da öz təsirini göstərəcəyinə əminliyini ifadə edib. Baxmayaraq ki, onun fikrincə, bu, "vaxt aparacaq".

Daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirmişdi ki, Rusiyaya qarşı sanksiyalar Avstriya iqtisadiyyatına mənfi təsir göstərir, çünki Rusiya mühüm ticarət tərəfdaşıdır.

 Bundan öncə Avropa diplomatiyasının rəhbəri Josep Borrell də bildirmişdi ki, Avropa Rusiya Federasiyasına qarşı məhdudiyyətlərin təsiri daha nəzərə çarpacaq qədər gözləməli olacaq.