Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson mətbuat konfransı zamanı bildirib ki, Avropa İttifaqı Ukraynadan elektrik enerjisi tədarükünü iki dəfə artırmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Avropa elektrik ötürmə operatorları şəbəkəsinin nümayəndələri həftənin sonuna qədər bu məsələni müzakirə edəcəklər. Qərar razılaşma əldə edildikdən dərhal sonra qüvvəyə minə bilər. Elektrik enerjisinin tədarükünün artırılması Ukraynaya əlavə gəlir əldə etməyə imkan verəcək.

“Hazırda transsərhəd elektrik təchizatının həcmi indi 100 meqavat səviyyəsindədir. Avropanın ötürücü sistem operatorları şəbəkəsinin nümayəndələri bu həcmi iki dəfə artırmaq barədə qərar qəbul etmək üçün bu həftə görüşəcəklər”, - Simson izah edib.