İngiltərə, Ukraynaya hücumlarına görə Rusiya Ədliyyə Naziri Konstantin Çuyçenko və Ədliyyə Nazirinin müavini Oleq Sviridenko və 29 Rusiya qubernatoru da daxil olmaqla 42 adı sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Ukrayna ərazisini işğal edən Rusiyaya qarşı sanksiyalar davam edir.

İngiltərə Rusiyanın işğalını asanlaşdıran və Donetsk və Luqanska pul köçürməklə Ukraynadan torpaq almağa cəhd etdikləri üçün Rusiya vilayət qubernatorlarına qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb. Ukraynanın Luqansk və Donetsk vilayətlərindəki “zalım rus məmurları” da daxil olmaqla, Rusiya üzrə 29 vilayət qubernatoruna qarşı sanksiyalar tətbiq edilib.İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ümumilikdə 42 yeni adın əlavə edildiyini açıqlayan İngiltərə Xarici İşlər Nazirliyi, bu şəxslərə səyahət qadağası qoyulduğunu və mal varlıqlarının dondurulduğunu bildirib.

Xarici İşlər Nazirliyi, həmçinin ötən ilin martında Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən rusiyalı milyarder Əlişir Usmanovun iki qardaşı oğlunun da bu gün siyahıya daxil edildiyini açıqlayıb və əlavə edib: “Böyük rusiyalı oliqarx Əlişir Usmanovun qardaşı oğlu Səncər İsmayılov Kremllə sıx əlaqələrinə görə, sanksiyaya məruz qalıb. Bildirilib ki, Sərvər və Sancar İsmayılovların İngiltərədə əhəmiyyətli maraqları və mülkləri olub".

Donetsk Xalq Cümhuriyyətlərinin Baş naziri Vitali Xotsenko və birinci vitse-prezident Vladislav Kuznetsovun da sanksiya siyahısına daxil edildiyini bildirib.

İngiltərə fevralın 24-dən bəri 1100-dən çox insana və 100-dən çox təşkilata sanksiya tətbiq edib . Bildirilib ki, sanksiyaya məruz qalanlar arasında tanınmış siyasətçilər, tanınmış iş adamları və şirkətlər hədəfə alınıb.