BBC 2023-cü ildə Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi etmək üçün 17 milyon funt sterlinq ödəməli olacaq.

"Unikal" Daily Mailə istinadən xəbər verir ki, bu il BBC artıq maliyyənin azalması ilə üzləşib və bu səbəbdən xərcləri 500 milyon funt-sterlinq azaltmalı olub. 

Bir gün əvvəl məlum olub ki, “Eurovision 2023” “təhlükəsizlik məqsədilə” Ukraynada deyil, Böyük Britaniyada keçiriləcək. Tədbirin xərclərinin bir hissəsini iştirakçı ölkələrin yayımçıları öz üzərinə götürəcək, lakin onlar cəmi 5,3 milyon funt-sterlinq ödəyəcəklər. Bundan əlavə, ev sahibi şəhər (sonradan müsabiqə əsasında seçiləcək) müsabiqəyə nağd və ya natura şəklində töhfə verməli olacaq, lakin artıq 1200 əməkdaşın ixtisarı ilə üzləşən BBC-nin məbləği 8-dən 17 milyon avroya qədər arta bilər.

Britaniyalı internet istifadəçiləri müsabiqənin öz ölkələrinə ötürülməsindən hiddətlənib və hesab edirlər ki, 2023-cü ildə Eurovision-un təşkili ölkə üçün indiki şəraitdə yersiz görünən xərclərlə nəticələnəcək.