Almaniya ordusunda xidmət edən baş leytenant Franko Albrext 5 il 6 ay həbs cəzasına məhkum edilib.

"Unikal" xəbər verir ki,  o, Frankfurtda terror aktı planlaşdırırmış. 

Frankfurt Ştat Ali Məhkəməsi 33 yaşlı keçmiş əsgər Albrexti silah qanununu pozmaq da daxil olmaqla müxtəlif ittihamlarla 5 il 6 ay həbs cəzasına məhkum edib.

Məhkəmə həmçinin Albrexti etnik, millətçi, ifrat sağçı hisslərə sahib olduğunu təsdiqləyib.

Gülayə  Mecid