İsrailin Ben-Qurion adına hava limanından uçan təyyarə Səudiyyə Ərəbistanının Ciddədəki hava limanına eniş edib.

"Unikal"  xəbər verir  ki, bu çarter reysi ilə uçan təyyərənin göyərtəsində ABŞ Prezidenti Cozef Bayden onu müşayiət edən heyət və jurnalistlər olub. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığın Mülki Aviasiya İdarəsinin tələblərinə cavab verən bütün aviaşirkətlər üçün öz hava məkanını açmağa qərar verib. Mülki Aviasiya İdarəsi İsrail üçün də hava məkanını açdığını birbaşa deməyib. Səudiyyə Ərəbistanı Məkkəyə illik həcc ziyarətində iştirak edən müsəlmanlar üçün İsraildən birbaşa çarter uçuşlarına icazə verib.