Ukraynada Rusiyanın hücumu nəticəsində 345 uşaq ölüb, 644-dən çox uşaq yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunu mətbuat xidməti  məlumat yayıb. 

"2022-ci il iyulun 4-də səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 989-dan çox uşaq xəsarət alıb. 345 uşaq həlak olub, 644 nəfər isə yaralanıb”, - məlumatda deyilir.