Moskvanın (RF) “Moskva Siti” adlanan biznes rayonunda elit hündürmərtəbəli binalardan biri yanıb.

"Unikal" xəbər verir  ki, bu barədə Ukrayna "Telegram" kanalları məlumat yayıb. 

Bildirilir ki, Moskvada hündürlüyü 295 metr olan üç qüllədən ibarət “Capital Towers” ​​çoxfunksiyalı yaşayış kompleksinin binalarında çıxan yanğından sonra əraziyə xilasedici qüvvələr cəlb olunub. 

Hadisənin baş vermə səbəbi  araşdırılır.

Gülayə  Mecid