Şad xəbər: gecikmiş qar gəlir

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu haşa şəraiti proqnozlaşdırılır

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və yağmursuz keçəcəyi gözlənilir. Axşam və gecə bəzi yerlərdə buludluluq artacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-11 dərəcə isti olacaq.

Martın 1-də havanın buludlu, gecə və səhər bəzi yerlərdə havanın yağıntılı, gündüz dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-10 dərəcə isti olacaq.

Respublikanın bölgələrində fevralın 28-də gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Gündüz qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Martın 1-də rayonlarda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlədə duman olacaq. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.