"Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir. Üzvlüklərinə müsbət baxa bilmərik".

"Unikal" xəbər verir ki, bu sözləri İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün hərəkətə keçəcəklərini açıqladıqdan sonra Türkiyə Prezidenti Ərdoğan deyib.

Bu inkişafdan sonra İsveç hökuməti NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Türkiyəyə diplomatlardan ibarət bir heyət göndərmək qərarına gəldiyini açıqlayıb.

Qeyd edək, Finlandiya və İsveç NATO-ya müraciət edəcəklərini bəyan etdikdən sonra bütün dünyanın gözü bu bölgəyə çevrilib. 

Aynurə Xudaverdiyeva