Fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, İngiltərə Müdafiə Nazirliyi diqqətçəkən açıqlama yayıb.

"Unikal" xəbər verir ki, İngiltərə XİN bəzi kəşfiyyat məlumatlarına əsaslanaraq, Rusiyanın hərbi gücünün böyük itki verdiyini açıqlayıb.

Açıqlamada Rusiya prezidenti Vladimir Putinin ordusunun üçdə birinin məhv edildiyi bildirilib. Hesabatda həmçinin Rusiyanın Ukraynanın şərqində Donbass bölgəsində davam edən hücumları qrafikdən geri qaldını qeyd edib. 

İngilis mediasında yer alan xəbərdə, “Kiçik qazanclar istisna olmaqla, Rusiya son bir ayda böyük və əhəmiyyətli qazanc əldə etməyib. O, fevralda Rusiyanın cəbhəyə apardığı əsgərləri itirib”, - deyə məlumatda bildirilir.

Putinin “xüsusi hərbi əməliyyat” olaraq xarakterizə etdiyi işğal prosesi zamanı Rusiyanın cəbhəyə 150-190 min əsgər göndərdiyi təxmin edilir.

 Gülayə Mecid