Prezident Volodimir Zelenski general-mayor İqor Tansyuru Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə Zelenskinin müvafiq fərmanında qeyd olunub.

Dövlət başçısının imzaladığı fərmanla Yuri Qaluşkin Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.

Briqada generalı Yuri Qaluşkin bu il yanvarın 1-də Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu.