Bazar günü İordan çayının qərb sahilində İsrail qüvvələri ilə toqquşmalarda 45 fələstinli yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir.

"Bu gün İordan çayının qərb sahilində Ramallah yaxınlığındakı Beyt El qəsəbəsi yaxınlığında İsrail hərbçiləri ilə toqquşmalarda 45 fələstinli yaralanıb", - deyə məlumatda bildirilir.

Ağarza Elçinoğlu