Ukraynada müharibə başlayan gündən indiyə qədər 647 uşaq zərər görüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, onlardan 227-si həlak olub, 420 uşaq yaralanıb.

Eyni zamanda bildirilib ki, müharibə başlayanda Ukraynada 1748 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 144-ü tamamilə məhv edilib.