Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonunda partlayış olub.

"Unikal"  “Sputnik“ə istinadən xəbər verir ki, Kamxut dağ silsiləsində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.
Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.
Hərbi bazanın komandanlığı bildirir ki, həmin poliqonda heç bir təlim olmayıb.