Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir  ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə məruzəsində bildirib.  

Onun sözlərinə görə, Mariupolun mühasirəsi zamanı AFU qruplaşmasının, əcnəbi muzdluların sayı 8100 nəfərə yaxın olub.

Şoyqu həmçinin Azovstal ərazisində iki mindən çox yaraqlının blokadaya alındığını bildirib. Rusiya Federasiyasının Silahlı Qüvvələri və Donbass respublikalarının Mariupoldakı bölmələri əhalinin müdafiəsi üçün bütün tədbirləri gördüyünü ifadə  edib. 

Müdafiə nazirinin sözlərinə görə, silahlıların müqavimətinə baxmayaraq, Mariupolda 142 mindən çox vətəndaş təxliyə edilib, limanda olan bütün girovlar azad edilib.

Şoyqu bildirib ki, yaraqlıların bloklandığı Azovstalda işləri başa çatdırmaq üçün Rusiya Silahlı Qüvvələrinə üç-dörd gün lazımdır.

O həmçinin bildirib ki, indi bütün Mariupol Rusiya Federasiyası Silahlı Qüvvələrinin və LPR, DXR-in nəzarəti altındadır, yaraqlılar “Azovstal” zavodunun ərazisində təhlükəsiz şəkildə bloklanıb.

Gülayə  Mecid