Bəzi ölkələr Ukraynadakı müharibənin davam etməsini istəyir.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.

XİN başçısı bildirib ki, məhz bu faktor və Ukraynanın bəzi şəhərlərindən olan qırğın görüntüləri problemin danışıqlar yolu ilə həllini dayandırıb.

Nazir qeyd edib ki, Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşmək ehtimalı hələ də aktualdır: "Zelenski bu mövzuda indi də müsbət yanaşma göstərir, lakin bunun üçün tərəflərin prinsipial məsələlərdə razılığa gəlmələri vacibdir. Bu məsələlər arasında ən ağırı Krım və Donbasın statusudur".