Ermənistan qocalan ölkələr sırasına daxildir.

"Unikal"  erməni mətbuatına istinadən xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun demoqrafiya proqramının rəhbəri Anna Ovannisyan deyib.

"BMT şkalasına uyğun olaraq, ölkədə qoca insanların payı ümumi əhalinin 7 faizindən çoxdursa, ölkə qocalan hesab olunur. Ermənistanda bu göstərici, təxminən 14 faizə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistan qocalan ölkələr sırasına daxildir", - deyə o bildirib.

A.Ovannisyan qeyd edib ki, bu hal doğum indeksinin az olduğu və azalmağa doğru getdiyi ölkələrdə müşahidə olunur.

BMT-nin Əhali Fondunun proqnozlarına əsasən, 2050-ci ilədək qocalar dünya əhalsinin 22-24 faizini təşkil edəcək.