Əli Həsənov Gülün Serj Sarkisyanı təbrik etməsindən danışdı
18:05 22-02-2013
SİYASƏT
“Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayınca, işğalçı ordu Azərbaycan torpaqlarımızı tərk etməyincə və ərazi bütövlüyümüz bərpa olunmayınca, işğalçı rejimə verilən istənilən dəstəyə Azərbaycan xalqı olduqca həssas yanaşır”.
Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən Ermənistan prezidenti seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan bütün səviyyələrdə - istər parlament, istər ictimaiyyət, istərsə də mətbuat və QHT-lər səviyyəsində Ermənistanla təmaslara, işğalçı rejimin hər hansı formada dəstəklənməsinə bütövlükdə etiraz edir: “Bu, Azərbaycan xalqının, türk ictimaiyyətinin tələbidir. Sərhədlərin açılması ərəfəsində Azərbaycan və Türkiyə ictimaiyyəti öz hakimiyyətlərinə təzyiqlər göstərdilər və işğalçı rejim işğala son qoymayana qədər beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasına yolverilməzliyini bəyan etdilər”.
Digər Xəbərlər
2024-05-07 20:25:48
2024-05-07 18:30:37
2024-05-07 17:18:08
2024-05-07 16:02:02
2024-05-07 15:29:06
2024-05-07 15:07:31
2024-05-07 14:12:19
2024-05-07 13:09:49
2024-05-07 13:08:24
2024-05-07 12:06:25
2024-05-07 12:00:34
2024-05-07 11:39:11
2024-05-07 11:00:26
2024-05-06 23:54:03
2024-05-06 20:43:41
2024-05-06 19:16:03
2024-05-06 13:13:22
2024-05-06 12:51:57