Rusiya prezidenti Vladimir Putin Aleksandr Nurizadəni Xorvatiyaya səfir təyin edib.

"Unikal" xəbər verir ki, bu, Putinin andiçmə mərasimindən sonra imzaladığı ilk sərəncamalrdan biridir. 

Digər sərəncamla Putin Andrey Nesterenkonu Xorvatiyadakı səfir vəzifəsindən azad edib.

Aleksandr Nurizadə 1959-cu il fevralın 14-də anadan olub. 2003-2008-ci illərdə, sonra isə 2013-2020-ci illərdə Rusiyanın Milanda baş konsulu olub. Nurizadə 2021-2024-cü illərdə Xaricdəki Həmvətənlərlə İş Departamentinin direktoru vəzifəsində çalışıb.

Nuranə Abbasova