Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.

"Unikal" əbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya qeydə alınmayıb. 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 5 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da qeydə alınmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 159 756, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə 4 795 324 nəfər təşkil edir. Ümumilikdə 2 842 060 buster doza vurulub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 213 590 olub.