Azərbaycanda bu gün 25 637 nəfər vaksinasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində vurulan birinci doza vaksinlərin sayı 1 514, ikinci doza vaksinlərin sayı 1 631 nəfər təşkil edib.

Ölkədə 3 və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 21 214-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 136 656, birinci doza vaksinlərin sayı 5 307 491, ikinci doza vaksinlərin sayı 4 793 776 nəfər təşkil edir. Üç və daha çox doza vaksinlərin sayı isə 2 823 016 təşkil edib. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 212 373 olub.