Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 435 milyonu, ölənlərin sayı isə 5,95 milyon nəfəri keçib.

"Unikal" Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir ki, ÜST 435 626 514 nəfərin yoluxması və 5 952 215 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 200 287 nəfər, ölənlərin sayı isə 7 082 nəfər artıb.

ÜST-ə məlumat verilən ən çox təsdiqlənmiş yoluxma halları ABŞ-dadır – 78 212 580. Siyahıda sonrakı yerlərdə Hindistan (42 931 045), Braziliya (28 768 104), Fransa (22 032 795) və Böyük Britaniya (18 886 705) qərarlaşıb. Dünyada COVID-19-dan ən çox ölüm halları da ABŞ-dadır – 941 112. Siyahıda ikinci sırada Braziliya (649 134), üçüncü yerdə Hindistan (514 023) qərarlaşıb. Onu Rusiya (352 446) və Meksika (318 086) izləyir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.