Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxma halının qeydə alınmasından iki il ötür.

"Unikal" xəbər verir ki, ölkəmizdə ilk yoluxma halı 2020-ci ilin fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında yoluxan şəxsin Rusiya vətəndaşı olduğu, İrandan Azərbaycana daxil olarkən həmin şəxsdə xəstəliyin əlamətlərinin müəyyən edildiyi bildirilirdi.

İki il ərzində Azərbaycanda koronavirusa 785 301 yoluxma halı qeydə alınıb, 9 400 nəfər vəfat edib. Virusa yoluxanlardan 764 283 nəfəri sağalıb. İndiyədək 6 551 104 test aparılıb.

Murad İbrahimli