"20 min şəhid ailəsinə üzvünə və müharibə əlilliyi olan şəxsə sosial ödəniş təyin edilib".

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, işğaldan azad olunan ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq. 

"Aktiv məşğulluq tədbirləri özünəməşğulluq proqramı və məqsədli proqramlı layihələr çərçivəsində əhalinin işğaldan azad olunan ərazilərə köçürülmə prosesinə uyğun olaraq biz orada məşğulluğu maksimum formada təmin etməyə çalışacağıq".

Anar Kəlbiyəv