Məşhur müğənni Rihanna Barbados respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

"Unikal" xəbər verir ki, bu barədə Barbadosun Baş naziri Mia Motli deyib.

“Robin Rihanna Fenti, millətimiz adından səni Barbadosun milli qəhrəmanı elan edirəm. Almaz kimi parlamağa və ölkəmizin fəxri olmağa davam et”, - baş nazir bildirib.

Fəxri ad müğənniyə Barbadosun müstəqilliyinin elan edilməsi mərasimində iştirak edərkən verilib.