Ermənistanın Qeqarkunik bölgəsindəki hərbi hissələrdən birində hərbçi ölümü qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu, sıravi Gevork Avetyandır. İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozması nəticəsində açılan atəş nəticəsində ölüb.

Hadisə noyabrın 15-də baş versə də, əsgər bu gün hərbi hospitalda dünyasını dəyişib.