Türkiyənin Hatay bölgəsində içərisində hərbçilərin olduğu “Kirpi” zirehli maşını qəzaya uğrayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində üç hərbçi yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Hazırda hərbçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.