Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 201 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda daha 23 347 nəfər COVID-19 infeksiyasına yoluxub, 29 163 nəfər isə sağalıb.