Çinin Hebey əyalətində 11 aylıq uşaq ailəsi ilə birgə xizək mərkəzinə gedib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanq Yuji adlı körpə yeriyə bilməsə də, onun snoubord sürməsi bütün dünyanın diqqətini özünə çəkib.

Yujinin anası Fan Xuey qızının snouborda ilk gündən rahatlıqla alışdığını deyib.