Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında VII turun görüşləri keçirilib.

"Unikal" xəbər verir ki,  Azərbaycanın kişi və qadınlardan ibarət komandaları fərqli nəticələr göstəriblər.

Kişilərdən ibarət komanda Niderlanda qalib gəlib - 2:2. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynovgörüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini yeniblər.

Qadın millisi isə Rusiyaya uduzub - 1:3. Komanda üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətlə üzləşiblər.